Digər idman növləri
Aydın Süleymanlı Moskvada 17-ci oldu
Azərbaycan şahmatçılarının Rusiyanın paytaxtı Moskvada keçirilən “Aeroflot Open 2024” beynəlxalq turnirində mövqeləri müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, festivala qatılan 6 şahmatçımız arasında ən yaxşı nəticəyə Aydın Süleymanlı imza atıb.
O, 9 turun yekununda 142 nəfər arasında 6 xalla 17-ci yeri tutub. Digər təmsilçilərimizdən Şiroğlan Talıbov 4,5 xalla 60-cı, Elmar Atakişiyev 4 xalla 102-ci, Vüqar Manafov 4 xalla 106-cı, Xaqan Əhməd 3,5 xalla 119-cu, Şahin Vəliyev isə 3 xalla 130-cu pillədə qərarlaşıb.
Turnirin qalibi 7,5 xal toplayan iranlı Məhəmməd Amin Tabatabai olub.
Ənənəvi “Aeroflot Open” turniri 2002-ci ildən keçirilir.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı