Dünya futbolu
“Ayntraxt” məşqçisi ilə vidalaşır
“Ayntraxt” yayda tamamilə dəyişəcək. Bir çox aparıcı futbolçunu satmağa qərar verən frankfurtlular baş məşqçi ilə də yollarını ayıracaq.
Futbolinfo.az xəbər verir ki, klub dünən Oliver Qlasnerlə yayda yollarını ayıracağını rəsmən açıqlayıb. Mövsüm bitən kimi 48 yaşlı mütəxəssis postunu tərk edəcək. Avstryalını kimin əvəz edəcəyi tezliklə müəyyənləşəcək.
Son illər “Ayntraxt”ın həm Bundesliqada, həm də avrokuboklarda uğurlu çıxış etməsinin əsas səbəbkarlarından olan 2021-ci ililn yayından kluba rəhbərlik edirdi. Daha öncə vətəni Avstriyada müxtəlif komandalara rəhbərlik edən, 2019-21-ci illərdə “Volfsburq”u çalışdırmış məşqçi qarşılıqlı razılıq əsasında belə qərara gəlib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”