Bizi izləyin

Müsahibə

Ayxan Abbasov: “Bizə hər xal vacibdir”

blank
blank

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovun futbolinfo.az saytına müsahibəsi

– Söhbətə 4-cü turda “Səbail”lə keçirdiyiniz oyundan başlayaq. Bu mövsüm Tovuzda baş tutan ilk matçda azarkeşlər sizdən qələbə gözləyirdilər. “Səbail”ə məğlubiyyətin (1:3) səbəbi nə idi?

– “Səbail”lə oyunadək hər 3 oyunumuzu səfərdə keçirmiş və ikisində qalib gəlmişdik. Təkcə “Qarabağ”a məğlub olmuşduq.Yəni ilk 3 görüşdə qeydə alınan nəticə ürəyimizcə idi. “Səbail”lə matç cari mövsümdə Tovuzdakı ilk görüşümüz idi. Heyətdə 8-9 yeni futbolçu yer almışdı və yeni legionerlər Tovuzda ilk oyuna çıxmışdılar. Futbolçular qələbəni çox istəyirdilər. “Səbail”ə məğlubiyyətə bir çox amillər səbəb ola bilər. Təhlil etdik, çatışmazlıqlar var. Çalışacağıq ki, evdə azarkeşlərimizi sevindirə bilək. Bizə çox dəstək olurlar. Zamanla bunun öhdəsindən gələcəyik.

– “Səbail”ə məğlubiyyətdən sonra “Sabah”la qarşılaşmada xal qazanmaq şansınız yüksək qiymətləndirilmirdi. Ancaq səfərdə ötən mövsümün gümüş medalçısını darmadağın etdiniz. “Turan Tovuz” nəyin hesabına güclü rəqibinə 3 top fərqi ilə qalib gəldi?

– “Səbail”lə oyun haqda onu da deyim ki, rəqib tələsmədi və ilk dəqiqələrdə qol vurduqdan sonra demək olar ki, boşluqlar vermədi. Müdafiəni yarmaq çətin idi, çünki heyətimizdə yeni oyunçular çoxdur, komanda hələ tam oturuşmayıb. Bəlkə də erkən qol buraxmasaydıq, oyun üstünlüyümüz şəraitində keçəcəkdi. “Sabah”la səfər qarşılaşmasını isə futbolçularım çox soyuqqanlı, diqqətli və rəqibə çox qol epizodu vermədən keçirdilər. Evdəki məğlubiyyətdən sonra bir həftə ərzində futbolçularımın növbəti oyuna tam hazır olması bizi sevindirdi.

– Komandanız geridəqalan 5 tura 9 xal toplayıb. Bu nəticə sizi tam qane edir?

– Çempionat elə bir nöqtədədir ki, bizə hər xal vacibdir. Həqiqətən də bu mövsüm xal qazanmaq daha çətindir. İlk turlarda bu qədər xal toplayıb yaxşı yerlərdə olmaq önəmlidir. Məğlub olanda, xal qazanmayanda futbolçular stresə düşürlər. Xallarımız bundan çox və ya az da ola bilərdi. Görürsünüz ki, oyunlar çox gərgin keçir. Qazandığımız 9 xal növbəti matçlarda bizə daha çox motivasiya verəcək.

– Millinin oyunları ilə əlaqədar çempionatda fasilə yarandı. “Pauza” ziyanınıza işləyə bilərmi?

– Yığma ilə əlaqədar fasilələrin klublara ziyanı da dəyir, xeyri də. Fasilədən maksimum istifadə etməyə çalışacağıq. Bəzi futbolçularımız əsl formalarından uzaqdırlar, zədədən qayıdan oyunçular var. Fasilə onların tam hazır vəziyyətə gəlmələrinə şərait yaradacaq.

– “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev hazırkı hədəfin Premyer Liqada qalmaq olduğunu açıqladı. Bu fikir birmənalı qarşılanmadı. Çünki yerli azarkeşlər “Turan Tovuz”un avrokuboklara vəsiqə uğrunda oynamasını istəyirlər…

– Azarkeşlər azarkeş kimi fikirləşir. Klubun hansı çətinliklərlə üz-üzə gəldiyindən çoxu xəbərsizdir. Amma elə azarkeşlərimiz də var ki, komandanın nələrdən keçdiyini bilirlər, yanımızdadırlar, bizi başa düşürlər. Ehtiram müəllim 3 illik layihə istəyir və hər birimiz bunun üzərində çox çalışırıq. Məqsədimiz 3 il ərzində “Turan Tovuz”u iddialı, oturuşmuş heyəti olan komandaya çevirmək və uşaq futbolunu inkişaf etdirməkdir. Klub olaraq böyümək istəyirik. Bəzi azarkeşlər tələsirlər. Real danışsaq, bir il öncəyədək “Turan Tovuz”un Premyer Liqaya buraxılmasını istəyirdilər. Deyirdilər ki, əsas odur Premyer Liqada oynayaq. Keçən mövsüm bu reallaşdı və Tovuzda iddialı klublar çətinliklə üzləşdilər. Bu proseslər pillə-pillə həyata keçir. Tez bir zamanda nəsə etmək istəsək, ziyanımıza da işləyə bilər. Təməlli iş görmək istəyirik. Bu gün həm aşağı yaş qrupları, həm əvəzedici, həm də əsas komandanın inkişafı lazımdır. Yeni futbolçuların yetişməsi vacibdir. Bunların olması üçün isə vaxt gərəkdir. Ehtiram müəllim də bu vaxtı nəzərə alaraq deyib ki, inkişafın sürətli getməsi üçün Premyer Liqada qalmalıyıq.

– Yeni transferlər komandaya tam uyğunlaşa biliblər? Ümumiyyətlə, yay transfer dövründən lazımi qədər istifadə edə bildiniz?

– Seleksiya işini maksimum dərəcədə tez bitirməyə çalışdıq. 1-2 mövqe qalıb ki, həmin yerlərə futbolçu axtarışını davam etdiririk. Yeni gələnlər gözlədiyimdən daha tez uyğunlaşdılar. Bu il fərqli ölkələrdən oyunçular dəvət etdik. Yeni transferlərlə 2 illik müqavilələr bağlamışıq. Orta yaşlı və gənc futbolçularla gücləndik. Hər birindən çox şey gözləyirik. Əlbəttə, istədiyimiz, amma gətirə bilmədiyimiz oyunçular da oldu. Əlimdə olan heyətə inanıram. Bu, tam potensialımız deyil. Tam potensialımızı göstərə bilsək, nəticələr daha yaxşı olacaq.

– Ötən mövsüm hücumda Runi Eva – Natan Oduva tandemi uğurlu alınırdı. Onların komandadan gedişi nə ilə bağlı oldu?

– Hər ikisi ötən mövsüm əsas oyunçumuz idi. Həqiqətən də Premyer Liqada uğurlu nəticələrimizdə pay sahibi oldular. Müqavilələrinin yenilənməsini təklif etdik. Danışıqlara hətta mart ayından başlamışdıq. Runi özünü digər ölkədə sınamaq istədi. Mən tələsməməsini məsləhət gördüm. Azərbaycanda daha bir il uğurlu çıxış etsəydi, çempionatı dəyişməyə tam hazır olardı. Bu gün görürük ki, Bolqarıstan çempionatında çətinlik çəkir, az şans qazanır. Oduvanın da böyük potensialı var. Təəssüf ki, qeyri-sabitliyi ona mane olurdu. Tez-tez zədələnirdi, bundan əlavə, özünü iddialı klublarda görürdü. Getmək istədilər, biz də qərarlarına hörmətlə yanaşdıq.

AĞA

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2024-05-01 21:00

Azərbaycan yığması Qızıl Avropa Liqasının hazırlığına başladı

blank
I Liqa2024-05-01 20:30

“İmişli” və “Mingəçevir” səfərdə uduzdu

blank
Əvəzedicilər2024-05-01 20:00

“Zirə”nin əvəzedicilərindən çətin qələbə

blank
Digər idman növləri2024-05-01 19:39

Azərbaycanın güləş milliləri Bakıda toplanış keçirlər

blank
Dünya futbolu2024-05-01 19:18

Lunin yeni müqavilə üçün razılaşdı

blank
Digər idman növləri2024-05-01 19:01

AVF rəhbərliyi çempionlarla görüşdü

blank
Milli komanda2024-05-01 18:44

Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu

blank
Digər idman növləri2024-05-01 18:27

Azərbaycanlı hakimlər Avropa kubokunun görüşlərini idarə ediblər

blank
Digər idman növləri2024-05-01 18:10

Bakıda keçiriləcək Avropa Kubokunun mükafat fondu açıqlandı

blank
Digər idman növləri2024-05-01 17:55

Federasiya prezidenti milli üzvləri ilə görüşdü

blank
Digər idman növləri2024-05-01 17:40

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək gimnastlar bəlli oldu

blank
Ölkə futbolu2024-05-01 17:21

AFFA nümayəndəsi AÇ-2024-ə təyinat aldı

blank
Dünya futbolu2024-05-01 17:02

Rabyo “Bayern”in hədəfində

blank
Digər idman növləri2024-05-01 16:45

“Prezident Kuboku”: İlk günün qalibləri bəlli oldu

blank
Premyer-liqa2024-05-01 16:27

Premyer Liqada apreldə vurulan 5 ən gözəl qol – VİDEO

blank
Müsahibə2024-05-01 16:09

“Kəpəz”in qurtulmasının sirri: “Kollektiv halında birləşdiyimiz üçün…”

blank
Dünya futbolu2024-05-01 15:52

“Tottenhem”in hücumçusu üçün mövsüm başa çatdı

blank
Digər idman növləri2024-05-01 15:37

Gürcü boksçu: “Rusiyalı boksçuya uduzmağım üçün böyük pul təklif edildi”

blank
Ölkə futbolu2024-05-01 15:20

Klublar Komitəsi bu gün toplanır

blank
Digər idman növləri2024-05-01 15:07

“Ferrari”nin direktoru ən böyük transfer üçün Londona yola düşdü

blank
Digər idman növləri2024-05-01 14:38

“Həm hücum planında, həm də müdafiədə dəyişikliklərə hazır olmalıyıq”

blank
Digər idman növləri2024-05-01 14:19

Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb

blank
Dünya futbolu2024-05-01 14:00

Keyn ÇL-də yeni nailiyyətə imza atdı

blank
Digər idman növləri2024-05-01 13:42

“Prezident Kuboku 2024”-ün açılış mərasimi keçirilib

blank
Digər idman növləri2024-05-01 13:24

Tamaşaçı sayını 100 min səhv elan etdilər

blank
Dünya futbolu2024-05-01 13:09

Kroos: “Əsas odur ən yaxşılar bizdə oynayır”

blank
Ölkə futbolu2024-05-01 12:50

ÇL-də format dəyişikliyi: “Qarabağ” üçün nə dəyişəcək?

blank
Digər idman növləri2024-05-01 12:32

Belqradda dramatik oyun, “Barselona” isə yenidən öndə

blank
Digər idman növləri2024-05-01 12:15

Seriyalarda vəziyyət gərginləşdi

blank
Dünya futbolu2024-05-01 12:00

Krivotsyukun komandası evdə xal itirdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm