Ölkə futbolu
Ayxan Abbasov: “Səhvlərimiz var”
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Türkiyə toplanışı çərçivəsində bu gün yerli “Keçiörengücü”nə qarşı keçirdikləri yoxlama görüşünün şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları matçdan sonra bunları söyləyib:
“İyulun 2-də başladığımız Türkiyə toplanışında bu gün ilk yoxlama oyunumuzu keçirdik. Ümumilikdə götürsək, iki fərqli hissə izlədik. 90 dəqiqədə bütün futbolçularımın hazırlıq səviyyələrini görmək istəyirdim. Uşaqların yorğun olmaqlarına baxmayaraq, meydançanın hər qarışı uğrunda yaxşı mübarizə getdi. Səhvlərimiz var, çalışacağıq ki, növbəti oyunlarda həmin səhvləri aradan qaldıraq və toplanışın sonunda tam hazır vəziyyətdə Sumqayıta qayıdaq”.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?