Dünya futbolu
Azərbaycanlı futbolçudan Çexiya klubunda 4-cü qol
Çexiyanın “Viktoriya” (Jijkov) klubu növbəti yoxlama oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının hücumçusu Fərid Nəbiyevin formasını geyindiyi bu komanda Çexiyanın digər klubu “Beneşov”la qarşılaşıb.
Dörd qolun qeydə alındığı matç “Viktoriya”nın qələbəsiylə başa çatıb – 3:1.
Fərid də bu görüşün iştirakçısı olub. İkinci hissədə meydana buraxılan azərbaycanlı forvard komandasının sonuncu qolunu vurmaqla matçın yekun nəticəsini müəyyənləşdirib.
Qeyd edək ki, bu, Nəbiyevin qışda transfer olunduğu “Viktoriya”da 4-cü qoludu. O, daha öncə “Budeyoviçe” ilə yoxlama oyununda (7:1) het-trikə imza atmışdı.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-19 08:00
Juninyoya Niderlanddan da müştəri çıxdı