Bizi izləyin

Müsahibə

Azər Məmmədov səhvlərindən öyrənir: “Kəpəz” üçün ən yaxşısını etmişik”

blank
blank

“Kəpəz” klubunun sabiq baş məşqçisi Azər Məmmədovun futbolinfo.az saytına müsahibəsi

– “Kəpəz”in baş məşqçisi postundan ayrılsanız da, yəqin ki, doğma komandanızın matçlarını izləyirsiniz. “Kəpəz”in oyununda müsbətə doğru dəyişiklik varmı?

– Mən ayrılandan sonra “Kəpəz”də müsbət və ya mənfi dəyişikliyin olduğunu demək üçün hələ tezdir. Adil Şükürovun öz oyun fəlsəfəsini oturtması üçün vaxta ehtiyacı var. Necə dəyişikliyin olacağını zaman göstərəcək. Mən istərdim ki, “Kəpəz”də müsbətə doğru dəyişikliklər olsun və komanda Premyer Liqada qalsın. Çünki “Kəpəz”in Premyer Liqada varlığı çempionatımız üçün müsbət məqamdır.

– Bir müddət istirahət etdikdən sonra, soyuq başla düşünəndə heç özünüzə deyirsiniz ki, kaş “Kəpəz”də hansısa məqamda o cür davranmayaydım, bunu belə etsəydim, komandaya daha faydalı olardı?

– Sözsüz. “Kəpəz”də işləmək mənim üçün böyük təcrübə oldu. Baş məşqçi kimi ilk işim idi. Biz məşqçilər təcrübəni nədən toplayırıq? Əlbəttə ki, səhvlərimizdən. Etiraf edim ki, mənim də səhvlərim olub. Amma hazırda kənardan izləyən biri kimi də deyə bilərəm ki, klubun maliyyə dayağına, mövcud vəziyyətinə, infrastrukturuna, heyətdəki futbolçularına görə mən və heyətim “Kəpəz” üçün ən yaxşısını etmişik. İşimizi vicdanla görmüşük. Orada olduğum müddətdə istər məşq prosesi, istər oyun prosesi, istərsə də futbolçuların yeməyi, qalmağı, yəni şərait baxımından maksimumu etməyə çalışmışıq. Güman edirəm ki, Adil müəllim də daha artığını etməyə, komandanı sonuncu pillədən qurtarmağa səy göstərəcək.

– “Kəpəz”dən ayrıldıqdan sonra sizə hər hansı bir təklif olub?

– “Kəpəz”dən ayrılandan sonra İdarə Heyətinin sədri İlqar Nadiri mənə klubun idman direktoru vəzifəsində çalışmağı təklif etdi. Bu təklifə görə İlqar müəllimə təşəkkür etdim, ancaq dincəlmək istədiyimi bildirdim. Mən özümü futbol sahəsində hələlik ancaq məşqçi kimi görürəm, funksioner kimi görmürəm. Buna görə də “Kəpəz”də idman direktoru işləmək istəmədim.

– Klublarımızın baş məşqçiləri çempionatın cari mövsümündə rəqabətin artdığını deyirlər. Hazırda kənardan izləyən biri kimi necə düşünürsünüz, liqanın səviyyəsində artım var?

– Bilirsiniz ki, keçən mövsüm “Səbail”də Şahin Diniyevin köməkçisi olaraq fəaliyyət göstərirdim. Ötən mövsümlə cari mövsüm arasında böyük fərq var. Fakt budur ki, bütün komandalar gücləniblər, büdcələrində artım var. Maliyyə dəstəyində artım olursa, futbolçu keyfiyyəti də artır. Bu da çempionata müsbət təsir göstərir. Təəssüflər olsun, təkcə “Kəpəz”dir ki, keçən mövsümdə də, cari mövsümdə də eyni büdcə ilə çempionatda iştirak edir. Amma liqada rəqabətin artması danılmazdır. Keçən illə müqayisədə çempionatımızda sürət də artıb. Hazırda Premyer Liqamızda ağır rəqabət gedir. Hər komanda digərindən xal ala bilər. Hətta “Qarabağ” üçün də bu mövsüm asan keçmir.

– “Qarabağ”dan söhbət düşmüşkən, sabiq komandanızın Avropa Liqasında pley-off mərhələsinə adlayaraq tarix yazacağına inanırsınız? “Hekken”lə Bakıdakı görüşdən hansı nəticəni gözləyirsiniz?

– “Qarabağ”ın “Hakken” üzərində qələbə qazanacağını düşünürəm. Bu, “Qarabağ” və Azərbaycan futbolu adına tarixi oyundur. “Qarabağ” qrupdan çıxsa, Avropa Liqasında bunu bacaran ilk klubumuz olacaq. “Qarabağ”ın göstərdiyi oyun, komandadakı futbolçuların potensialı və əlbəttə ki, başda Qurban Qurbanov olmaqla, məşqçilər korpusu, ümumiyyətlə “Qarabağ” camiəsi gördükləri işlərin müqabilində qrupdan çıxmağa və bu sevinci Azərbaycan futbolsevərlərinə bəxş etməyə layiqdirlər.

– Millinin baş məşqçi postu hazırda boşdur. Sabiq yığma üzvü olaraq, komandanın “sükanı arxasına” kimin keçməsini istərdiniz?

– Mən həmişə tərəfdarı olmuşam ki, millidə azərbaycanlı məşqçi işləsin. Fikrimcə, bizim yığma kimi komandaları yerli mütəxəssislər çalışdırmalıdırlar. Çünki bu vaxtadək nə qədər xarici məşqçi gəlibsə, aşağı-yuxarı eyni nəticəni verib. Hədəf seçmə mərhələdə qrupdan çıxmaqdırsa və bunu heç bir əcnəbi edə bilmirsə, lap 10 xal yığsa da, qrupda qalırıqsa, xarici məşqçilərin millimiz üçün nə faydası var? Bu qədər xalı azərbaycanlı məşqçilər də toplayar. Bir də onu deyim ki, o posta yerli çalışdırıcı gətirilərsə, onu cəmi 1 seçmə mərhələlik təyin etmək doğru deyil. Yerli məşqçilərə də vaxt verilməlidir ki, özlərinin uzunmüddətli strategiyaları, planları olsun və ona uyğun işləsinlər. Mən milliyə azərbaycanlı mütəxəssisin rəhbərlik etməsinin tərəfdarıyam.

ABBAS

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Dünya futbolu2024-04-22 17:00

Millimizin üzvü “Dinamo”ya qarşı oynadı

blank
Dünya futbolu2024-04-22 16:46

Vinisius “el klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu oldu

blank
Digər idman növləri2024-04-22 16:30

Basketbol Liqasında müntəzəm mövsümün son turunun proqramı açıqlandı

blank
Dünya futbolu2024-04-22 16:14

“Real”ın futbolçusu “el klasiko”nun tarixinə düşdü

blank
Digər idman növləri2024-04-22 15:59

Azərbaycan millisi Avropa Kubokunda dördüncü oldu

blank
Digər idman növləri2024-04-22 15:45

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-22 15:30

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar

blank
Digər idman növləri2024-04-22 15:16

MBA ilin nominantlarını açıqladı

blank
Digər idman növləri2024-04-22 15:00

MHL-də 1970-ci ildən bəri bir ilk

blank
Digər idman növləri2024-04-22 14:45

Şahmatda yeni dünya rekordu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm