Digər idman növləri
Azərbaycan boksçularının ilk rəqibləri məlum oldu
Bolqarıstanın paytaxtı Sofiyada kişi və qadın boksçular arasında keçiriləcək “Strandja” beynəlxalq turnirinin püşkü atılıb.
Futbolinfo.az xəbər verir ki, bu gün start götürəcək ənənəvi A kateqoriyalı yarışda milli üzvlərinin də rəqibləri məlum olub.
İlk gündə Günel Rəhimova, Anaxanım İsmayılova, Məhsəti Həmzəyeva və Şəhla Allahverdiyeva rinqə çıxacaqlar.
Bolqarıstan, “Strandja” turniri
1/8 final
20 fevral
Günel Rəhimova (48 kq) – Qloria Dameyda (Fransa)
Anaxanım İsmayılova (50 kq) – Laura Fernandes (İspaniya)
Məhsəti Həmzəyeva (57 kq) – Vinakşi (Hindistan)
Şəhla Allahverdiyeva (66 kq) – Çarli Kavana (Kanada)
1/16 final
21 fevral
Malik Həsənov (63,5 kq) – Şpetim Bayoku (Kosovo)
1/8 final
22 fevral
Məhəmməd Abdullayev (+92 kq) – Yordan Morehon (Bolqarıstan)
Zeynəb Rəhimova (54 kq) – Yuliya Koroli (Moldova)
1/2 final
25 fevral
Aynur Rzayeva (+81 kq) – Monika (Hindistan)
“Strandja” turnirində 40-a qədər ölkədən 398 boksçu (256 kişi, 142 qadın) mübarizə aparacaq. Turnirin qaliblərinin adına fevralın 26-da aydınlıq gələcək.