Digər idman növləri
Azərbaycan boksçusu Avropa birinciliyində yarımfinala yüksəldi
Azərbaycan idmançısı Kənan Babayev Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında keçirilən Avropa birinciliyində növbəti döyüşünü keçirib. Futbolinfo.az xəbər verir ki, ölkə çempionu 1/4 finalda Gürcüstanı təmsil edən Oruc Əhmədovla qarşılaşıb.
İlk görüşündə türkiyəli Telet Yağlını mübarizədən kənarlaşdıran boksçumuz ikinci döyüşünü də aktivinə yazıb. 48 kq çəki dərəcəsində qüvvəsini sınayan Babayev rəqibinə 5:0 (29:28, 30:27, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gəlib.
Kənan bu qələbə sayəsində yarımfinala yüksəlməklə yanaşı, özü üçün ən azı bürünc medalı da təmin edib. O, aprelin 20-də təşkil olunacaq 1/2 finalda irlandiyalı Tedi Coysla münasibətinə aydınlıq gətirəcək.
Qeyd edək ki, yarışda daha 2 boksçumuz 1/4 final döyüşünə çıxacaq.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd