Digər idman növləri
Azərbaycan çempionatı keçiriləcək
İyunun 7-dən 10-dək Şağan Olimpiya İdman Kompleksində ilk U-15 Azərbaycan çempionatı keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, yarışın ilk 2 günündə sərbəst güləşçilər mübarizə aparacaq.
Növbəti 2 gündə isə yunan-Roma güləşçiləri çıxış edəcək. Hər gün 5 çəki üzrə qaliblər müəyyənləşəcək. Görüşlər saat 10:30-da başlayacaq. İyunun 7-də saat 16:00-da ilk dəfə keçiriləcək çempionatın açılış mərasiminin başlanması nəzərdə tutulub.
Qeyd edək ki, çempionatın nəticələrinə əsasən, U-15 yaş qrupu üzrə milli komandaların heyəti formalaşacaq. Yığmalarımız Avropa çempionatına hazırlıq məqsədilə təlim-məşq toplanışı keçdikdən sonra qitə birinciliyinə ezam olunacaq. U-15 Avropa çempionatı iyulun 16-dan 19-dək Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd