Milli komanda
Azərbaycan – Kipr: Mətbuat konfransı və açıq məşqlərin vaxtı açıqlandı
Futbol üzrə UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 13-də “Elbasan Arena”da keçiriləcək Azərbaycan – Kipr oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, sabah – oktyabrın 12-də öncə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin mətbuat konfransı və yığmamızın açıq məşqi baş tutacaq. Ardından isə onun rəqib həmkarı jurnalistlərin suallarını cavablandıracaq.
12 oktyabr
Azərbaycan milli komandası
Saat 19:30. Mətbuat konfransı
Saat 20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Kipr milli komandası
Saat 20:30. Mətbuat konfransı
Saat 21:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Qeyd edək ki, tədbirlərin saatı Bakı vaxtı ilə göstərilib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”