Ölkə futbolu
Azərbaycan kuboku: Finalçılar bəlli oldu
Bu gün futzal üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, ilk matçda Yüksək Liqanın bürünc medalçısı “Baku Fire” Birinci Liqanın gümüş medalçısı MUM-la qarşılaşıb. Aşağı dəstə təmsilçisi bir hissə müqavimət göstərə bilib. Belə ki, fasiləyə qədər tərəflər hərəyə 1 qol vurub. İkinci hissə daha məhsuldar alınıb. Yüksək Liqa iştirakçısı daha 6 qol vurmaqla adını finala yazdıran ilk komanda olub – 7:1.
Günün ikinci oyununda isə Yüksək Liqanın gümüş medalçısı “Neftçi” İK İkinci Liqanın qalibi “Rəvan”la üz-üzə gəlib. Hesabı aşağı dəstə komandası açıb. Amma fasiləyə qədər “Neftçi” İK rəqibini 3 dəfə məyus edib. İkinci hissədə də “Neftçi” üstün olub və dueli qələbə ilə başa vurub – 4:1. Nəticədə komanda finala vəsiqə qazanıb və həlledici oyunda cari mövsümdə ən çox qarşılaşdığı komanda ilə – “Baku Fire”lə gücünü sınayacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”