Digər idman növləri
Azərbaycan kuboku keçiriləcək
Mayın 9-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş həndbol üzrə XXIX Azərbaycan kubokuna start veriləcək.
Futbolinfo.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi yarışda 7-si kişi, 5-i qadın olmaqla 12 komanda iştirak edəcək.
Kişilərin turnirində “Bakı”, “Təhsil”, “Məhsul”, “İdman Akademiyası”, “Dinamo”, RİOEUGİM, U-16 qələbə uğrunda mübarizə aparacaq.
Qadın həndbolçuların yarışında isə “Azəryol”, “Qarabağ”, “İdman Akademiyası”, “Azərsu” və U-16 kollektivləri qüvvəsini sınayacaq.
Mayın 10-da saat 15:00-da “AHF Arena”da təntənəli açılış mərasimi keçiriləcək.
Qaliblərin mükafatlandırılması və yarışın bağlanış mərasimi isə mayın 11-də baş tutacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…