Milli komanda
Azərbaycan millisinin açıq məşqi olacaq
DÇ-2024-ün elit mərhələsində Bakıda Rumıniya ilə üz-üzə gələcək futzal üzrə Azərbaycan millisinin qarşılaşmadan əvvəl açıq məşqi keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, Bakıda təlim-məşq toplanışında olan yığmanın hazırlıq prosesi dekabrın 13-də, saat 10:00-da mətbuat üçün açıq olacaq.
Məşqdən əvvəl, saat 09:45-də isə baş məşqçi Vitali Borisov jurnalistlərin suallarını cavablandıracaq.
Dekabrın 15-də Bakı İdman Sarayında gerçəkləşəcək Azərbaycan – Rumıniya görüşü saat 20:00-da start götürəcək.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?