Milli komanda
Azərbaycan – Portuqaliya: Öncə Santos, sonra De Byazi
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, sentyabrın 6-da saat 17:15-də Portuqaliya milli komandasının baş məşqçisi Fernando Santosun mətbuat konfransı başlayacaq. Saat 18:00-da isə Portuqaliya millisinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqinə start veriləcək.
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi isə saat 18:45-da jurnalistlər önünə çıxacaq. Saat 19:15-də də millimizin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi başlayacaq.
Hər iki məşq və mətbuat konfransı Bakı Olimpiya Stadionunda keçiriləcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”