Digər idman növləri
Azərbaycan təmsilçisi Çelenc Kuboku ilə vidalaşdı
Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çelenc Kubokunda növbəti oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Cengiz Akarçeşmənin baş məşqçisi olduğu kollektiv 1/16 final mərhələsinin cavab matçında İspaniyada “Avarka de Menorka”nın qonağı olub.
Qarşılaşma rəqibin 3:0 (25:20, 25:23, 25:17) hesablı qələbəsi ilə bitib.
Noyabrın 9-da Bakıda gerçəkləşən ilk görüşdə Azərbaycan təmsilçisi 3:1 (23:25, 25:15, 25:19, 25:23) hesablı qələbə qazansa da, mübarizəni dayandırmalı olub.
“Azərreyl” əvvəlki raundda Ukrayna “Balta”sını mübarizədən kənarlaşdırmışdı.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”