Milli komanda
Azərbaycan – Ukrayna: Statistika nə deyir?
Futzal üzrə Azərbaycan millisi dekabrın 18-də və 19-da Ukrayna yığması ilə iki yoxlama oyunu keçirəcək.
Futbolinfo.az xəbər verir ki, bu komandalar indiyə qədər 3-ü rəsmi olmaqla 5 oyunda qarşılaşıblar.
Rəsmi qarşılaşmalardan ilk duel Macarıstanda baş tutub. 2010-cu ildə keçirilən və millimizin debüt etdiyi Avropa çempionatının 1/4 final mərhələsindəki oyunun əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə olunub ki, millimizin üzvləri daha dəqiq olublar – 4:2. Nəticədə komandamız yarımfinala çıxıb.
Tərəflərin növbəti qarşılaşması DÇ-2012-nin seçmə mərhələsində baş tutub. Bakıda keçirilən qrup oyununda qələbəni futzalçılarımız qazanıb – 4:2.
Bu komandalar 4 il sonra yenidən üz-üzə gəliblər. Bu dəfə AÇ-2016-nın seçmə mərhələsində və oyun bu dəfə də paytaxtımızda təşkil olunub. Həmin vaxt qrupda Belçika və Danimarkadan güclü olan millimiz Ukrayna ilə görüşdə yenilmişdi – 2:3.
Yoxlama oyunları isə beynəlxalq turnirlər çərçivəsində baş tutub. Burada tərəflər hərəyə bir qələbə qazanıb. Bakıdakı ilk dueldə millimiz 3 cavabsız qolla qalib gəlib. Sonrakı görüşdə isə sevinən tərəf qonaqlar olub.
25.01.2010. AÇ. Azərbaycan – Ukrayna – 3:3 pen. 4:2 /Macarıstan/
08.02.2011. BT. Azərbaycan – Ukrayna – 3:0 /Azərbaycan/
18.12.2011. DÇSO. Azərbaycan – Ukrayna – 4:2 /Azərbaycan/
15.01.2012. BT. Azərbaycan – Ukrayna – 2:3 /Azərbaycan/
21.03.2015. AÇSO. Azərbaycan – Ukrayna – 2:3 /Azərbaycan/
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə