Milli komanda
Azərbaycan yığması ilk oyunda Monteneqroya məğlub oldu
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.
Futbolinfo.az xəbər verir ki, yığmamız ilk turda Monteneqro ilə qarşılaşıb.
Xorvatiyada təşkil olunan matçda hesabı millimiz açıb. Edanur Mutlu balkanlıların qapısına yol tapıb. Lakin Zamir Həsənovun yetirmələri üstünlüyünü qoruya bilməyib. Hər hissədə bir qol vuran Monteneqro 2:1 hesablı qələbə qazanıb.
Qrupumuzun digər oyununda Xorvatiya Kiprə 1:0 hesabı ilə qalib gəlib.
Millimiz oktyabrın 7-də Kipr, 10-da Xorvatiya ilə üz-üzə gələcək.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub