Dünya futbolu
Azərbaycanda işləmiş məşqçi danışılmış oyunda günahlandırılır
Ötən gün Rusiyanın “Ximki” klubundan gözlənilməz şəkildə ayrılmış “Simurq”un (Zaqatala) sabiq baş məşqçisi Sergey Yuran danışılmış oyunlarda günahlandırılır.
Futbolinfo.az xəbər verir ki, 53 yaşlı mütəxəssisin “Rostov” klubuna 2021/22 mövsümünün sonunda oyunu verməyi təklif etdiyi, əvəzində yeni mövsümdə onlara 6 xal verəcəyini söz verdiyi iddia olunur.
Lakin məşqçi ölkəsinin mətbuatına açıqlamasında bu məlumatı təkzib edib:
“Qəribədir ki, bu məlumat rəhbərlik müqaviləyə xitam verməyi təklif etdikdən sonra ortaya çıxdı. Burada nəsə düz deyil, elə deyilmi? Yazılanların hamısı cəfəngiyyatdır! Futbol dünyasında məni çoxları tanıyır. Və məni belə bir vəziyyətlə əlaqələndirmək üçün… Kimsə mənə matçı verməyi təklif etsəydi, həmin adamın başı uçardı. Hamı bilir ki, mən belə oyunlarda yoxam”.
Xatırladaq ki, Sergey Yuran hazırda mövcud olmayan Zaqatalanın “Simurq” klubuna 2011/12 mövsümündə baş məşqçilik edib.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub