Digər idman növləri
“Azərbaycanı yaxşı təmsil etmək üçün əlimizdən gələni edəcəyik”
“Sabah”ın basketbol komandasının baş məşqçisi Boban Mitev Belqrad təlim-məşqi öncəsi jurnalistlərə müsahibə verib.
Futbolinfo.az xəbər verir ki, o, bunları söyləyib:
“Sabah” klubunu təmsil etməkdən və burada olduğum üçün qurur duyuram. Hazırlıqlara bir qədər gec başlasaq da, hər şeyin yaxşı olacağına inanıram.
“Sabah” rəhbərliyi bizə hər cür şərait yaradıb. Belqradda keçirəcəyimiz yoldaşlıq oyunlarında öz səhvlərimizi görəcəyik və basketbolçularımızın real gücünü biləcəyik.
Məqsədim ilk növbədə burada bir irs qoymaq və azərbaycanlı basketbolçuları yetişdirməkdir.
Azərbaycanı yaxşı təmsil etmək üçün əlimizdən gələni edəcəyik”.
“Sabah”ın basketbolçusu Pavle Marçinkoviç də jurnalistlərə açıqlama verib:
“Düşünürəm ki, təsnifat mərhələsini lider kimi bitirib müntəzəm çempionata vəsiqə qazanacağıq. Bir neçə gündən sonra daha yaxşı səviyyədə olacağımızı düşünürəm. Dəfələrlə belə hallarla üzləşmişəm. Bu, ilk deyil. Məncə, bir-birimizə uyğunlaşa biləcəyik”.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç