Ölkə futbolu
Azərbaycanın ən populyar futbol klubu açıqlandı
“Deportes&Finanzas” portalı 2020-ci ildə sosial şəbəkələrdə Avropanın ən populyar futbol klublarının reytinqini tərtib edib.
Futbolinfo.az xəbər verir ki, siyahıda Azərbaycan Premyer Liqasının lideri “Qarabağ”ın da adı var. Ağdam təmsilçisi 2020-ci ildə sosial şəbəkədə məşhur olan yeganə Azərbaycan klubudur.
“Böyük beşlik” liqalarından İngiltərədə “Liverpul”, İspaniyada “Barselona”, İtaliyada “Yuventus”, Almaniyada “Bavariya”, Fransada isə PSJ öz rəqiblərini qabaqlayıb. Türkiyənin ən məşhuru isə “Qalatasaray”dır.
Qeyd edək ki, təhlil zamanı klubların sosial şəbəkələrdə fəaliyyəti, paylaşımlarına gələn bəyənmə, şərh və baxış sayları nəzərə alınıb.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq