Digər idman növləri
Azərbaycanın iki gimnastı Vilnüsdən qızıl medalla qayıdır
Azərbaycan millisinin iki bədii gimnastı Litvanın Vilnüs şəhərində keçirilən “Dalia Kutkaite” beynəlxalq turnirində qızıl medal qazanıb.
Futbolinfo.az Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Alina Məmmədova çoxnövçülük, top (26.150 xal) və gürzlərlə (26.250 xal) hərəkətlərin icrasında qızıl medala sahib çıxıb.
Kamilla Seyidzadə lentlə qızıl (24.850 xal), halqa ilə (24.000 xal) gümüş medala yiyələnib.
Leyli Ağazadə isə lentlə (27.850 xal) gümüş, halqa (27.050 xal), top (27.800 xal), gürzlərlə (24.600 xal) hərəkətlərin icrasında və çoxnövçülükdə bürünc medal əldə edib.
Alina Məmmədova həmçinin “Miss ekspressiya” titulu ilə də mükafatlandırılıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?