Digər idman növləri
Azərbaycanın iki güləşçisi Astanada finala yüksəldi
Bu gün Astanada Qazaxıstanın olimpiya və dünya çempionu Jaksılık Uşkempirovun xatirəsinə güləş üzrə gənclər arasında (U-20) beynəlxalq turnirə start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk yarış günündə 55, 63, 72, 82 və 97 kq-da finalçılar müəyyənləşib.
Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında memorialda iştirak edən millimizin üzvlərindən Ruslan Nurullayev (72 kq) və İsmayıl Rzayev (82 kq) finala yüksəlib. Fərid Sadıxlı (55 kq) və Məhəmməd Qasımzadə (63 kq) isə bürünc medal uğrunda güləşəcək.
Bu çəkilərdə həlledici görüşlər sabah keçiriləcək. Həmçinin sabah 60, 67, 77, 87 və 130 kq-da mübarizəyə start veriləcək.
Qeyd edək ki, ənənəvi yarışda beynəlxalq dərəcəli hakim Əli Babayev ədaləti qoruyur.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”