Digər idman növləri
Azərbaycanın iki güləşçisi dünya çempionu oldu
Türkiyənin İstanbul şəhərində güləş üzrə U-17 dünya çempionatı davam edir.
Futbolinfo.az xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə son 5 çəkidə qaliblər müəyyənləşib.
Turan Daşdəmirov (45 kq) yaponiyalı Kaysey Yamamoto (10:0) və qırğızıstanlı Kadirbek Almanbetova (9:1) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. Turan final yolunda iranlı Əhməd Əmiriqasroddaştidən güclü olub – 5:1. Daşdəmirov həlledici görüşdə rusiyalı Rüstəm Abatsiyevi xalların keyfiyyətinə (4:4) görə qalib gələrək dünya çempionu olub.
Əli Seyidəlili (51 kq) 1/8 finalda rusiyalı İliya Kandalinə 3:8 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Əli təsəlliverici görüşdə gürcüstanlı Koba Karumidzeylə güləşib və xalçanı məyus tərk edib – 5:9.
Roman Kərimov (60 kq) hindistanlı Varun Varun (5:2) və ekvadorlu Adrian Velizi (8:1) üstələyərək yarımfinala yüksəlib. Roman finalın bir addımlığında rusiyalı Mingiyan Qoryayevi 9:5 hesabıyla məyus edib. Kərimov həlledici görüşdə gürcüstanlı Saba Surmanidzeylə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmadan minimal fərqlə (4:3) qalib ayrılan Roman fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Mikayıl İsmayılov (92 kq) türkiyəli Alixan Bərəkətə 5:1 hesabıyla qalib gəldikdən sonra 1/4 finalda qırğızıstanlı Nurbolat Sirqabayulunu sonuncu xal prinsipinə əsasən (1:1) yolundan kənarlaşdırıb. Mikayıl yarımfinalda gürcüstanlı Saba Purtseladzeyə 1:3 hesabıyla məğlub olub. İsmayılov bürünc medal uğrunda görüşdə iranlı Əliəkbər Aşgarivaladidən güclü olub – 3:1.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq