Digər
Azərbaycanlı avarçəkən Türkiyədə “qızıl” qazandı
Azərbaycan millisinin üzvü Bəhmən Nəsiri Türkiyənin Adıyaman şəhərində keçirilən avarçəkmə marafonunda qızıl medal qazanıb.
Futbolinfo.az xəbər verir ki, Nəsiri akademik avarçəkmə qayığında 42 km məsafəni 2 saat 42 dəqiqə 18 saniyəyə qət edib.
“Commagene Rowing Marathon” adlanan turnirdə yığmanın digər üzvü Ziya Məmmədzadə də mübarizə aparıb.
Turnirdə 38-i qadın olmaqla, ümumilikdə 82 avarçəkən 42 və 21 km məsafələrdə yarışıb.