Ölkə futbolu
Azərbaycanlı futbolçu Ukraynada dubla imza atdı
Ukraynanın “Aleksandriya” klubunda çıxış edən azərbaycanlı futbolçu Emil Mustafayev əsas komandanın heyətində ilk qollarını vurub.
Futbolinfo.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi “Metallist 1925” komandasını 5:2 hesabı ilə məğlub etdiklləri Ukrayna Kubokunun 1/8 final oyununda dubl edib.
Mustafayev 24-cü və 29-cu dəqiqələrdə komandasının ilk iki qolunun müəllifi olub. Gənc oyunçu yerli mətbuata açıqlamasında emosiyalarını sözlə ifadə edə bilmədiyini söyləyib: “Hazırda hisslərimi təsvir etmək çətindir. Bunlar əsas komandada ilk qollarımdır. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm”.
2018-ci ildən “Aleksandriya”nın şərəfini qoruyan Emil Mustafayev əsas komandada 3 oyun keçirib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”