Ölkə futbolu
Azərbaycanlı futbolçular Latviyada darmadağına üzüldülər
Futbol üzrə Latviya çempionatında 11-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular – Asim Əlizadə və Şakir Seyidovun formasını geyindikləri “Dauqavpils” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda RFS ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyunda 1:4 hesablı məğlubiyyətlə üzləşib.
Şakirlə Asim də bu görüşün iştirakçısı olublar. Onların hər ikisi start heyətdə meydana çıxıb. Asim fasilədə, Şakir isə 71-ci dəqiqədə əvəzlənib.
“Dauqavpils” Şakiri “Sabah”dan, Asimi isə “Neftçi”dən icarəyə götürüb. Sözügedən komanda 11 turdan sonra 15 xalla 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var