Ölkə futbolu
Azərbaycanlı referi DÇ-yə namizəd hakimlər siyahısında
2021-ci ildə Rusiyada təşkil olunacaq çimərlik futbolu üzrə dünya çempionatının final mərhələsinin oyunlarını idarə etməyə namizəd olan hakimlərin adları açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, 48 hakimin yer aldığı ilkin siyahıda azərbaycanlı referi də var.
Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. FİFA referisi İnqilab Məmmədov 2021-ci ildə keçiriləcək dünya çempionatının oyunlarına idarə etməyə namizəd hakimlər arasındadır.
24 referinin yer alacağı yekun siyahı 2021-ci ilin iyul ayında açıqlanacaq.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq