Ölkə futbolu
“Azərsun Arena”ya icazə verilmədi – UEFA seçim üçün Bakıya nümayəndə göndərir
UEFA nümayəndələri Bakıya gələcək. Onlar “Qarabağ”ın “Bazel”i hansı stadionda qəbul etməsi ilə bağlı qərarı məhz yerində etdikləri təftişdən sonra verəcək.
Futbolinfo.az xəbər verir ki, ağdamlılar Respublika stadionunun qazonunun vəziyyətinin ürəkaçan olmadığını nəzərə alaraq UEFA-ya müraciət edib. “Atlılar” problemin aradan qalxması üçün zamana ehtiyac duyulduğunu bildirib və Konfrans Liqasının qrup mərhələsində İsveçrə klubuna qarşı ilk oyunu başqa arenada keçirilməsini istəyib.
Təmsilçimiz “Bazel”i “Azərsun Arena”da qəbul etmək niyyətində idi. Amma bu gün UEFA-dan cavab məktubu göndərilib və meydanın avrokubokların qrup mərhələsi üçün standartlara uyğun gəlmədiyi əsas gətirilərək istək rədd edilib. UEFA nümayəndələri sentyabrın 6-da Bakıya gələrək Respublika stadionunun və ehtiyat variant kimi göstərilən Bakı Olimpiya Stadionunun son durumuna baxacaq, yerində qərar verəcək.
Xatırladaq ki, “Bazel”lə oyun sentyabrın 16-da baş tutacaq. UEFA-nın qərarından sonra Respublika stadionu və ya BOS-dan biri məkan kimi seçiləcək.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?