Ölkə futbolu
Azarkeşlər Yunanovu kövrəldib
Misli Premyer Liqasının 29-cu turunda “Turan Tovuz” evdə “Şamaxı” ilə heç-heçə etdi. Qonaqların heyətində iki tovuzlu futbolçu da meydana çıxdı. Onlar dogma rayonlarının komandasına qarşı mübarizə aparsa da, sonda azarkeşlər tərəfindən alqışlandı.
Əslən Tovuz rayonundan olan Amil Yunanov və Elvin Məmmədov bu barədə fikirlərini futbolinfo.az-la bölüşüb.
Elvin tovuzlulara buna görə təşəkkür edib: “Futbolçu kimi Tovuz azarkeşlərinin qarşısında oynamaq çətindir. Çünki onlar həm yaxşı azarkeş, həm də futbolu bilən insanlardır. Komandam adına xal qazanmaq çox yaxşı oldu. Çünki bu, bizim üçün vacibdir. Azarkeşlərə təşəkkür edirəm ki, məni də, komandamı da alqışladılar”.
Amil isə tovuzlu tərəfdarların alqışından kövrəlib: “Doğma rayonda oynamaq gözəl hiss idi. Bu rayonun gözəl azarkeşləri var və futbolu çox sevirlər. Həm də belə fanatlar önündə oynamaq insana motivasiya verir. Xal qazanmaq vacib idi. Vəziyyətimizi düzəltmək istəyirik. Ona görə də mübarizə apardıq. Azarkeşlərin bizi alqışlamasına gəlincə, əla hiss idi. Onlara “çox sağ ol” deyirəm. Həqiqətən xoş oldu, xoş duyğular yaratdı”.
Qeyd edək ki, “Turan Tovuz” – “Şamaxi” matçı 1:1 hesabı ilə başa çatıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”