Dünya futbolu
Bəybalayevli “Telavi” doğma meydanda uduzdu
Futbol üzrə Gürcüstan çempionatında 7-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Vüqar Bəybalayevin formasını geyindiyi “Telavi” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda Batumi “Dinamo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Vüqar da bu görüşün iştirakçısı olub. 27 yaşlı futbolçu start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. O, 41-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Qeyd edək ki, “Telavi” cari mövsümdə keçirdiyi 7 oyunda cəmi 6 xal toplayıb və 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var