Ölkə futbolu
“Bəzi klubların hesabatları şəffaf deyil”
“Ötən il SOCAR-ın maliyyə dəstəyi 40 faizə düşmüşdü. Bu il isə pandemiya ilə bağlı yenidən artaraq 50 faiz olub”.
Futbolinfo.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.
O bildirib ki, milli assossiasiyanın hansısa kluba vəsait ayırdıqda ona nəzarət etmək hüququ var: “Çünki hər il ictimai təşkilat kimi hesabat veririk. Hər il auditorlardan 5-6 səhifəlik suallar gəlir”.
E.Məmmədov bu ildən başlayaraq maliyyə dəstəyi göstərdikləri bütün klublar və federasiyalardan hesabat tələb etdiklərini də diqqətə çatdırıb: “Bəzi klublar hesabat təqdim edirlər, amma 100 faiz şəffaf deyil. Pulun hara xərclənməsinə biz yox, klub rəhbəri məsuliyyət daşıyır. Biz FIFA, UEFA və SOCAR-a hesabat veririk”.
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- I Liqa2024-05-15 16:12
Məmmədov: “Premyer Liqaya vəsiqə qazanmasaq, bizim üçün faciə sayılacaq”
- Ölkə futbolu2024-05-15 14:39
Premyer Liqanın ən reytinqli futbolçusu: ilk 6 yer “Qarabağ”ın oldu