Digər idman növləri
Bahar Kubokunda finalçılar bəlli oldu
Azərbaycan Voleybol Federasiyasının idman zalında Novruz bayramına həsr olunan Bahar Kubokuna start verilib.
Futbolinfo.az xəbər verir ki, qadın voleybolçular arasında təşkil olunan yarışda Azərbaycan Super Liqasının iştirakçıları – “Azərreyl”, “Murov”, “Abşeron” və UNEC komandaları qüvvəsini sınayır.
Turnir “Azərreyl” – “Abşeron” matçı ilə start götürüb. Meydandan 3:1 (13:25, 25:18, 23:25, 17:25) hesablı qələbə ilə ayrılan “Abşeron” finala yüksəlib.
Digər oyunda isə “Murov” və UNEC komandaları üz-üzə gəlib. Rəqibini 3:0 (25:19, 25:15, 25:22) hesabı ilə məğlub edən “Murov” həlledici qarşılaşmada “Abşeron”a rəqib olub. “Azerreyl” və UNEC isə 3-cü yer uğrunda oyunda qarşılaşacaqlar.
Hər iki görüş martın 18-də baş tutacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”