Dünya futbolu
“Bakıda uduzduğumuz oyundan sonra geridönüş etdik” – Kombuare
“Qarabağ”a uduzduğumuz oyundan sonra geridönüş etdik və nəticələr qazandıq”.
Futbolinfo.az xəbər verir ki, bunu Ağdam təmsilçisinin Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olmuş Fransanın “Nant” komandasının baş məşqçisi Antuan Kombuare klubun rəsmi saytına müsahibəsində deyib.
59 yaşlı mütəxəssis daha yaxşı nəticələrə layiq olduqlarını bildirib. O, evdə Azərbaycan təmsilçisinə qalib gəldikləri görüşdə 6 futbolçuya istirahət verdiyini söyləyib.
Xatırladaq ki, 2-ci turda Bakıda “Nant”a 3 cavabsız qolla qalib gələn “Qarabağ” 5-ci turda səfərdə bu rəqibinə 1:2 hesabı ilə uduzub. Azərbaycan çempionu G qrupunu 8 xalla üçüncü sırada bitirərək Avropa Liqası ilə vidalaşıb. Komanda Avropa Konfrans Liqasının pley-offunda mübarizə aparacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…