Milli komanda
Bakıya gələcək avstriyalılar bəlli oldu
Avstriya yığması AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Belçika və Azərbaycan millilərinə qarşı keçirəcəyi oyunların iştirak ərizəsini açıqlayıb.
Futbolinfo.az saytı xəbər verir ki, baş məşqçi Ralf Ranqnik ümumilikdə 28 oyunçunu heyətə cəlb edib. Maraqlıdır ki, bir neçə zədəli oyunçu da heyətdə yer alıb. Yalnız Marko Arnautoviç, Karim Onisivo və Filipp Muene komandadan kənarda qalıblar.
Qapıçılar: Niklas Hedl (“Rapid”), Aleksander Şlager (“Zalsburq”), Patrik Pents (“Brondbü”, Danimarka)
Müdafiəçilər: David Alaba (“Real”, İspaniya), Kevin Danso (“Lans”, Fransa), Stefan Poş (“Bolonya, İtaliya), Maksimilian Vöber (“Borussiya”, Mönhenqladbax, Almaniya), Filipp Lienhart (“Frayburq”, Almaniya), Samson Baidoo (“Zalsburq”), Gernot Trauner (“Feyenord”, Niderland), Flavius Daniliuç (“Salernitana”, İtaliya)
Yarımmüdafiəçilər: Marsel Sabitzer (“Borussiya”, Dortmund, Almaniya), Konrad Laymer (“Bavariya, Almaniya), Xaver Şlager, Nikolas Seyvald, Kristof Baumqartner (hamısı “Leypsiq”, Almaniya), Patrik Vimmer (“Volfsburq”, Almaniya), Deyan Lyubiçiç, Florian Kaynts (“Köln”, Almaniya), Florian Qrillitş (“Hoffenhaym”, Almaniya), Muhammed Çam (“Klermon”, Fransa), Aleksander Prass (“Şturm”), Romano Şmid (“Verder”, Almaniya), Marko Qrüll, Mattias Seydl (hər ikisi “Rapid”)
Hücumçular: Saşa Kalajdziç (“Vulverhempton”, İngiltərə), Maykl Qreqoritş (“Frayburq”, Almaniya), Manprit Sarkaria (“Şturm”).
Qeyd edək ki, Avstriya yığması oktyabrın 13-də Vyanada Belçika ilə, üç gün sonra isə Bakıda Azərbaycanla qarşılaşacaq.