Ölkə futbolu
Banişevskinin xatirə turnirinin qalibi bəlli oldu
Anatoli Banişevskinin doğum gününə həsr olunmuş ənənəvi futbol turnirinə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, Bakı Kəndlər Futbol Federasiyasının təşkilatçılığı, AFFA-nın dəstəyilə keçirilən turnirdə Bakının kənd və qəsəbələrindən ümumilikdə 8 komanda iştirak edib.
Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların məşq meydanında baş tutan final qarşılaşmasında Qobustan qəsəbəsini təmsil edən “Şıxlar” komandası rəqibi “Ələt” komandasını 4:1 hesabı ilə üstələyərək turnirin qalibi olub.
Yekunda turnirdə müvafiq yerləri tutmuş komandalara AFFA tərəfindən kubok, medallar və müxtəlif nominasiyalar üzrə hədiyyələr təqdim olunub. Kuboku “Şıxlar” komandasına AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və Bakı Kəndlər Futbol Federasiyasının prezidenti Vaqif Davudov birlikdə təqdim edib.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”