Dünya futbolu
“Barselona” Busketslə rəsmən vidalaşdı
İspaniyanın “Barselona” klubu mövsümün sonunda kapitanı Serxio Busketslə yollarını ayıracağını açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi bu barədə sosial şəbəkə hesabları vasitəsilə məlumat yayıb.
Xəbərdə “Barsa” əfsanəsi ilə vidalaşır” sözləri qeyd olunub.
Xatırladaq ki, 2008-ci ildən bu klubun əsas komandasında çıxış edən Serxio Buskets 719 matça çıxıb. O, bu görüşlərdə 18 qol və 45 məhsuldar ötürmə ilə yadda qalıb.
34 yaşlı kapitan bu müddət ərzində 3 dəfə UEFA Çempionlar Liqasının, eyni sayda klublararası dünya çempionatının və UEFA Super Kubokunun, 8 dəfə İspaniya La Liqasının, 7 dəfə isə ölkə kubokunun və super kubokunun qalibi olub.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…