Dünya futbolu
“Barselona” Feliksi almayacaq
“Barselona” Joao Feliksin xidmətində elə də maraqlı deyil. Futbolçunun transfer hüququ Madrid “Atletiko”suna məxsusdur. “Barselona”da o, icarə əsasında oynayır. Razılaşmaya əsasən, katalonlar onu transfer etməyə məcbur deyillər.
İspaniya mətbuatının məlumatına görə, yarımmüdafiəçinin qalmasını baş məşqçi Xavi istəmir. O, yeni mövsümdə Feliksi komandada görmək fikrində deyil.
Bir müddət əvvəl yayılan xəbərə görə, yeni icarə üçün “Atletiko” 15 milyon tələb edəcək. Bundan başqa paytaxt təmsilçisi futbolçunu sonradan tam transfer etməyi də sözləşməyə salmaq fikrindədir.
Bu mövsüm Feliks La Liqanın 15 oyununda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.