Dünya futbolu
“Barselona” ilə oyuna ciddi itki ilə
Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Barselona” ilə qarşılaşacaq “Napoli” ciddi itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, hücumçu Lorenso İnsinye sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı futbolçu A Seriyasının son turu çərçivəsində keçirilən “Latsio” ilə oyunda (3:1) zədələnib. Futbolçunun sol budunun əzələsindən zədə aldığı bildirilir. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı ilə bağlı yaxın günlərdə məlumat veriləcəyi qeyd olunub.
“Barselona” – “Napoli” oyunu avqustun 8-də keçiriləcək. Tərəflər arasında keçirilən ilk oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- I Liqa2024-05-15 16:12
Məmmədov: “Premyer Liqaya vəsiqə qazanmasaq, bizim üçün faciə sayılacaq”
- Ölkə futbolu2024-05-15 14:39
Premyer Liqanın ən reytinqli futbolçusu: ilk 6 yer “Qarabağ”ın oldu