Dünya futbolu
“Barselona”dan La Liqada iki yeni rekord
İspaniya La Liqasının 22-ci turunun “Kadis”lə oyunu “Barselona” üçün əlamətdar olub.
Futbolinfo.az xbər verir ki, 2:0 hesablı qələbəyə sevinən Kataloniya təmsilçisi bu mövsüm 17-ci oyununu qol buraxmadan başa vurub.
Xavinin baş məşqçi olduğu kollektiv cari mövsüm keçirdiyi 22 oyunun yalnız 5-də qapısında qol görüb. 17 matçda qapısının toxunulmazlığını qorumağı bacaran “Barselona” “Deportivo”nun 1993/94 mövsümündəki rekordunu yeniləyib. La-korunyalılar 29 il əvvəl 16 görüşdə qol buraxmamışdılar.
İlk 22 oyunda cəmi 7 dəfə mərkəzə dəvət edilən “Barselona” bu baxımdan da rekorda yiyələnib. Buna qədər mövsümün ilk 22 turunda rekord 9 top idi. Bunu isə 1986/87 mövsümündə “Barselona”, 1993/94-də “Deportivo”, 2017/18-də isə “Atletiko” bacarmışdı.
Hazırda La Liqada 59 xalla vahid lider olan “Barselona” ən yaxın izləyicisi “Real”ı 8 xal qabaqlayır.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?