Dünya futbolu
“Barselona” məvacibləri yenə azalda bilər
İspaniyanın “Barselona” klubu futbolçuların məvacibini növbəti dəfə azalda bilər.
Futbolinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, koronavirus pandemiyası səbəbiylə yaranan maddi itkiləri azaltmaq üçün futbolçuların məvacibini 70 faiz azaldan Kataloniya klubunun rəhbərliyi, bunun kifayət etməyəcəyini düşünür.
Pandemiyanın davam etməsi və çempionatın hələ ki, bərpa olunmasının çətin göründüyünü nəzərə alan rəhbərlik, növbəti azalmanı müzakirə edir.
Klub rəhbərliyi davam edən vəziyyətdə futbolçularla ikinci dəfə məvacib azalması ilə bağlı görüşlər keçirəcəyini istisna etmir.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…