Dünya futbolu
“Barselona” mövsümə kubokla başladı
Mövsümə hazırlıqlarını davam etdirən İspaniyanın “Barselona” klubu Joan Qamper kuboku çərçivəsində “Elçe” ilə qarşılaşıb.
Futbolinfo.az xəbər verir ki, görüş Kataloniya təmsilçisinin minimal hesablı qələbəsiylə başa çatıb – 1:0. Matçdakı yeganə qolu 2-ci dəqiqədə Antuan Qrizmann vurub.
Joan Qamper kuboku 1997-ci ildən bu yana “Barselona”nın təşkilatçılığı ilə keçirilir. Ötən il təşkil olunan Joan Qamper kubokunda “Barselona” İngiltərə “Arsenal”ı ilə qarşılaşmış və 2:1 hesablı qələbə qazanmışdı.