Dünya futbolu
“Barselona” sabiq oyunçusunu baş məşqçi təyin etdi
Futbol üzrə Meksika millisinin və İspaniyanın “Barselona” klubunun sabiq müdafiəçisi Rafael Markes məşqçiliyə başlayıb.
Futbolinfo.az xəbər verir ki, 43 yaşlı veteran futbolçu bundan sonra “Barselona”nın əvəzedici komandasına rəhbərlik edəcək.
Bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb. Markes köhnə-yeni klubu ilə 2 illik müqaviləyə imza atıb. O, bu postda Serxi Barxuanı əvəz edib.
Markes 2003-2010-cu illər aralığında məhz “Barselona”da oynayıb. O, həmin dövrdə bu komandanın heyətində 242 matça çıxıb, 13 qola imza atıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”