Dünya futbolu
“Barselona”da ciddi itki
İspaniyanın “Barselona” komandası ciddi itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Frenki De Yonq zədələnib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Niderlandlı futbolçu La Liqanın 9-cu turu çərçivəsində evdə “Real”a 1:2 hesabı ilə uduzduqları matçda sıradan çıxıb. İkinci hissədə bud əzələsindən xəsarət alan 24 yaşlı oyunçu 77-ci dəqiqədə Serxi Roberto ilə əvəzlənib.
De Yonqun sıraya dönmə vaxtı bərpa prosesinin gedişindən asılı olacaq.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-04 18:23
“Kəpəz”dən “Sumqayıt”la əzmkar heç-heçə
- Digər idman növləri2024-05-03 16:28
“Prezident Kuboku”: Azərbaycan səkkizinci medalı qazandı
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu