Dünya futbolu
“Barselona”da sabiq prezident də namizəd oldu
Xuan Laporta yenidən “Barselona”nın prezidenti seçilə bilər.
Futbolinfo.az xəbər verir ki, 2003-2010-cu illər aralığında Kataloniya klubuna rəhbərlik etmiş 58 yaşlı ispan gələn ilin yanvarında baş tutacaq prezident seçkiləri üçün namizədliyini irəli sürdüyünü açıqlayıb.
O, bu xəbəri və gələcək planlarını təşkil etdiyi mətbuat konfransında açıqlayıb. Laporta komandadan ayrılması gözlənilən Lionel Messini komandada saxlamaq üçün əlindən gələni edəcəyini bəyan edib. O, prezident seçiləcəyi təqdirdə Xavinin bu komandaya baş məşqçi gətirilməsi variantını da istisna etməyib. Amma sabiq prezident indiki baş məşqçi Ronald Kumana da yetərincə zaman veriləcəyini söyləyib.
Qeyd edək ki, “Barselona”da prezident seçkiləri yanvarın 24-də keçiriləcək. Laporta ilə yanaşı, daha doqquz nəfər Kataloniya təmsilçisinə rəhbərlik etməyə iddialıdır. Onların arasında 48 yaşlı Viktor Font favorit hesab olunur.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?