Dünya futbolu
“Barselona”nın stadionu vaksinasiya mərkəzi olacaq
İspaniyanın “Barselona” klubunun ev oyunlarını keçirdiyi “Kamp Nou” stadionu koronavirusa qarşı kütləvi vaksinasiya mərkəzi olacaq.
Futbolinfo.az xəbər verir ki, Kataloniya Səhiyyə Departamenti peyvəndlərin Barselonaya kütləvi çatdırılması zamanı arenanı müvafiq tibbi tələblər üçün hazırlamaq istəyir.
Şöbə əhalinin əksəriyyətini mümkün qədər tez aşılamağı planlaşdırır. Bunun üçün isə geniş sahə tələb olunur. “Kamp Nou” stadionu bu tələblərə cavab verdiyindən səlahiyyətli nümayəndələr klub rəhbərliyi ilə əvvəlcədən məsləhətləşmələr aparıblar. Təklif müsbət qarşılansa da, qərarı klubun yeni seçiləcək prezidenti də təsdiqləməlidir.
Qeyd edək ki, “Barselona”da prezident seçkiləri martın 7-də olacaq.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq