Dünya futbolu
“Bavariya”nın futbolçusuna növbəti ittiham
Almaniya prokurorluğu “Bavariya”nın futbolçusu Jerom Boatenqə qarşı yenidən iş açıb.
Futbolinfo.az xəbər verir ki, 33 yaşlı müdafiəçi dünyasını dəyişən sabiq sevgilisi Kasya Lenhardta ağır xəsarət yetirməkdə ittiham olunur.
Futbolçuya qarşı iddianamə Münhen məhkəməsinə 2019-cu ilin fevralında göndərilib. İş “müvəqqəti icraat” mərhələsində olub. Sonra hakim əlavə araşdırmalara qərar verib və ittiham aktını təsdiqləməyib.
Boatenq isə fevralda Lenhardtdan ayrıldığını açıqlayıb. Onun keçmiş sevgilisi fevrlalın 10-da Berlindəki evində ölü tapılıb.
Adı açıqlanmayan mənbənin verdiyi məlumata görə, prokuror qızın ölüm xəbərindən sonra Boatenqlə bağlı istintaqı yenidən başlamağı qərara alıb. Onun ölümü ilə əlaqədar istintaq dövründə prokurorluğa yeni məlumatlar gəlib, bu da köhnə iş üzrə prosesin davam etdirilməsinə imkan yaradıb.
Bundan əlavə, Lenhardtın ölüm səbəbi hələ məlum olmadığı üçün prokurorluq onun meyitinin yarılmasını tələb edib.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək