Dünya futbolu
“Bayer”i dayandıran yoxdur
Almaniyanın “Bayer” klubu tarixi rekorda imza atıb. Leverkuzenlilər məğlubiyyətsizlik oyunlar seriyasını 30 oyuna çatdırmaqla klub rekordunu yeniləyiblər.
Xabi Alonsonun yetirmələri son olaraq dünən Almaniya Kubokunun 1/4 final mərhələsində “Ştutqart”a 3:2 hesabı ilə qalib gəliblər. Bu, “Bayer”in son 8 görüşdə 7-ci qələbəsidir.
Qeyd edək ki, “Bayer” növbəti matçını fevralın 10-da keçirəcək. Komanda həmin gün Bundesliqanın XXI turunda “Bayern”lə üz-üzə gələcək. Leverkuzen təmsilçisi sonuncu dəfə ötən ilin mayında məğlubiyyət görüb.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Müsahibə2024-04-16 08:00
Atanqana döyülməsini təkzib edir: “Komanda yoldaşlarımla aramızda heç bir problem yaşanmayıb”