Dünya futbolu
“Bayern” milli üzvü ilə razılığa gələ bilmir
“Bayern”in futbolçusu Niklas Sülenin klubla müqaviləsi 2022-ci ilin yayına qədərdir.
Futbolinfo.az xəbər verir ki, Münhen təmsilçisi mərkəz müdafiəçisini komandada saxlamaq istəyir. Bu barədə “Kicker” nəşri məlumat yayıb.
“Bayern” Süleyə illik 10 milyon avro qazanacağı müqavilə təklif edib. Lakin 26 yaşlı müdafiəçi daha çox məvacib almaq istəyir. Tərəflər yeni müqavilə şərtlərində razılığa gələ bilməsə, Süle “Bayern”i tərk edəcək.
Süle 2017-ci ilin yayından “Bayern”də çıxış edir. Müdafiəçi Almaniya yığmasının da üzvüdür.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı