Premyer-liqa
“Belə matçlarda mütləq qalıb gəlməliyik”
Premyer Liqanın 27-ci turunun “Araz-Naxçıvan” – “Qəbələ” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Sxadadzenin mətbuat konfransı keçirilib.
Futbolinfo.az sizi təcrübəli mütəxəssisin fikirləri ilə tanış edir:
“Oyuna pis başladıq, top itkiləri çox idi. İlk yarıda ümumiyyətlə ötürmə səhvləri çox oldu. İlk 10 dəqiqədə əsəbilik də hiss edilirdi. Sonradan oyunumuzu qaydasına sala bildik, hücumda kombinasiyalı oynadıq. Amma qol buraxdıq. İkinci hissədə oyunumuz alınmağa başladı. Rəqib azlıqda qalandan sonra üstünlüyə yiyələndik. Çoxsaylı imkanlar yaratsaq da, istifadə edə bilmədik. Belə matçlarda mütləq qalıb gəlməliyik. Sonuncu yerdə olduğumuz üçün futbolçularda əsəbilik var, təzyiq böyükdür. Amma texniki ustalıq üzərində çox çalışmalıyıq. 5-7 metrdən vurmamaq çox pisdir. Oyunun məzmunu, hərəkətlilik baxımdan iradım yoxdur. Hücumların sonluğu alınmır. 5-6 qol imkanımız oldu. Yüzfaizlik epizodlarda qol vura bilmirik”.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı