Ölkə futbolu
Belçika klubları Mahir Emrelini istəyir
Futbol üzrə Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu Mahir Emreli karyerasını Belçika çempionatında davam etdirə bilər.
Futbolinfo.az xəbər verir ki bu barədə sözügedən ölkənin mətbuatı məlumat yayıb.
Xəbərdə yerli çempionatda çıxış edən bir neçə klubun 24 yaşlı hücumçu ilə yaxından maraqlandığı diqqətə çatdırılıb. Komandaların adları açıqlanmasa da, hazırda “Vasland-Beveren”, “Sulte-Varegem”, “Standard”, “Sent-Trüden” və “Mexelen” kimi yüksək liqa təmsilçilərinin mərkəz hücumçu axtardıqları bildirilib.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin “Beşiktaş” klubunun da Mahir Emrelinin xidmətində maraqlı olduğu barədə xəbərlər yayılmışdı.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza